MƏDƏNİYYƏT
“Dəniz canlıları” mövzusunda sərgi açılıb
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca rəssamlarının “Dəniz canlıları” mövzusunda sərgisi açılıb.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bu qurumun nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyinin Sabunçu rayon Gənclər Evində keçirdiyi sərginin məqsədi uşaqların təbiətlə, dənizlə, dəniz canlıları ilə tanış olmaları, onları öz dünyalarında gördükləri kimi təsvir etmələri, onlar haqqında daha geniş məlumat almaları idi.
Sərgidə 4-17 yaş qrupunda 48 fırça sahibinin 100-dək əsəri nümayiş olunub. Çin Xalq Respublikasından 8 yaşlı Çen Vanyinin, türk-alman əsilli, 9 yaşlı Friman Selinin iştirakı isə sərgiyə bir növ beynəlxalq status verib.
Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva, Sabunçu Gəclər Evinin nümayəndəsi Aygün Həsənzadə, şair Qardaşxan Əzizxanlı sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.
Tədbirin sonunda Dövlət Uşaq Filarmoniyasının müəllimləri Vusal Hüseynzadə , Gülşad Quliyeva, Günay Qarayeva balaca rəssamları mükafatlandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]