İQTİSADİYYAT


Dəniz konteynerləri və yük maşınları üçün saxta möhürlərin müəyyənləşdirilməsi mövzusunda təlim keçirilib

Bakı, 6 may, AZƏRTAC

Dəniz konteynerləri və yük maşınları üçün saxta möhürlərin müəyyənləşdirilməsi mövzusunda onlayn təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil edilib.

Təlimə Dövlət Gömrük Komitəsi Aparatından, eləcə də Astara və Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postlarından adıçəkilən Proqram üzrə təyin olunmuş nəzarət qruplarının üzvləri və milli əlaqələndirici şəxs qatılıb.

Gömrükçülər qanunsuz malların (narkotik vasitələr, kimyəvi maddələr və onların prekursorları, odlu silah və sair) ticarəti ilə əlaqədar gömrük nəzarəti zamanı qaçaqmalçılıq təhlükəsini minimuma endirməklə bağlı məlumatlandırılıb, onlarla təcrübə mübadiləsi aparılıb.

Xatırladaq ki, Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın məqsədi hökumətlərə qlobal ticarət zəncirinin təhlükəsizliyini artırmağa və qanuni ticarəti asanlaşdırmağa kömək etməkdir. Bu, mərhələli şəkildə dəniz və quru, eləcə də hava limanlarında yük daşımalarının profilləşdirilməsi üzrə bölmələrin yaradılması yolu ilə həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.