SİYASƏT


“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib VİDEO

Bakı, 2 avqust, AZƏRTAC

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən bu epizodun qalibləri müəyyən olunacaq.

Növbəti mərhələdə hərbi dənizçilər “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə ikinci epizodu yerinə yetirmək bacarıqlarını nümayiş etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.