SİYASƏT


“Dəniz kuboku-2019” müsabiqəsi hakimlərinin müşavirəsi keçirilib VİDEO

Bakı, 1 avqust, AZƏRTAC 

Avqustun 1-də Bakıda “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin hakimlər komissiyasının təşkilati müşavirəsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komissiyanın katibliyi və səhra hakimləri təqdim olunub, fəaliyyətlərə nəzarət edəcək nümayəndələr təyin edilib və texniki komissiyanın tərkibi seçilib.

Sonra səhra hakimlərinin fəaliyyətinə nəzarət edəcək nümayəndələrin və texniki komissiya üzvlərinin baş hakim tərəfindən təlimatlandırılması icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.