SİYASƏT


“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib

Bakı, 28 iyul, AZƏRTAC 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş seminarda hakimlər “Hakimlik haqqında” Əsasnamənin müzakirəsi zamanı hakimliyin prinsip və kriterləri, mükafat və cərimə ballarının hesablanması qaydası üzrə yekdil razılığa gəlib, hakimlərin səlahiyyət və vəzifələrini müəyyən ediblər. Müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.