İDMAN
“Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları arasında voleybol turniri keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında voleybol yarışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
İlk görüşdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Qazaxıstan dənizçilərinin qələbəsi ilə başa çatıb.
Final oyunlarında İran komandası Rusiya dənizçilərinə, Azərbaycan hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.
Dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.