SİYASƏT


“Dəniz kuboku – 2019” müsabiqəsinin iştirakçıları arasında mini futbol turniri keçirilib

Bakı, 12 avqust, AZƏRTAC 

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında mini futbol yarışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

İlk görüşdə İran komandası ilə qarşılaşan Rusiya hərbi dənizçiləri qalib gəliblər. Azərbaycan və Qazaxıstan komandalarının oyunu isə dənizçilərimizin qələbəsi ilə başa çatıb. Finalda Azərbaycan komandası Rusiya dənizçilərinə, üçüncü yer uğrunda görüşdə isə İran hərbçiləri Qazaxıstan komandasına qalib gəlib. Beləliklə, futbol üzrə dostluq turnirinin yekununda Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.