SİYASƏT


“Dəniz kuboku” müsabiqəsində iştirak edən komandaların rəhbər heyətləri ilə görüş keçirilib

Bakı, 9 avqust, AZƏRTAC

Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandaların rəhbər heyətləri ilə təşkilati müşavirə formatında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayaraq, müsabiqədə iştirak edən komandalara müvəffəqiyyətlər arzulayıb.

Kontr-admiral S.Bəkirov hər il keçirilən beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.

Qeyd olunub ki, artıq 5-ci dəfədir ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə keçiriləcək "Dəniz kuboku" müsabiqəsi hava şəraiti də nəzərə alınmaqla cari il avqust ayının 15-dən 25-dək davam edəcək.

İştirakçı komandaların rəhbər heyətləri göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsinin qarşılıqlı dostluq və yoldaşlıq mühitində keçiriləcəyinə əmin olduqlarını deyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.