İQTİSADİYYAT


Dəniz limanlarında 2,3 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Yanvar-mart aylarında dəniz limanlarında 2 milyon 328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 2 milyon 245 min tonunu və ya 96,4 faizini tranzit yüklər təşkil edib. Aprelin 1-nə limanlarda qalan yüklərin həcmi 59 min ton olub.

Üç ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz azalaraq 3,2 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.