İQTİSADİYYAT


Dəniz limanlarında 3,9 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Yanvar-may aylarında dəniz limanlarında 3 milyon 922,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3 milyon 779,8 min tonunu və ya 96,4 faizini tranzit yüklər təşkil edib. İyunun 1-nə limanlarda qalan yüklərin həcmi 97,6 min ton olub.

Beş ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 17,2 faiz azalaraq 5,3 min nəfər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.