İQTİSADİYYAT


Dəniz limanlarında 5,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 15 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 5 milyon 206,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 962,5 min tonunu və ya 95,3 faizini tranzit yüklər təşkil edib. Avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 139,2 min ton olub.

Yeddi ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 11,8 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.