İQTİSADİYYAT


Dəniz nəqliyyatı ilə 600 min tonadək yük daşınıb

Bakı, 11 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 597 min 897 ton yük daşınıb ki, bu yüklərin dəyəri 349 milyon 378 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ilin ilk yeddi ayında dəniz nəqliyyatı ilə ixrac olunan 157 min 162 ton yükün dəyəri 72 milyon 81 min dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 440 min 734 ton, dəyəri isə 277 milyon 297 min dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.