İQTİSADİYYAT


Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi açıqlanıb

Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi açıqlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

Dəniz nəqliyyatı ilə 2022-ci ildə daşınmış yüklərin həcmi 7519,2 min ton təşkil edib və əvvəlki ilə nisbətən 37,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 43,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 11750,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10734,8 min tonunu və ya 91,4 faizini tranzit yüklər təşkil edib.

2023-ci il yanvarın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 369 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 20,9 faiz artaraq 21,4 min nəfər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.