İQTİSADİYYAT


Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Bakı, 18 may, AZƏRTAC

Dəniz nəqliyyatı ilə cari ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 2615,2 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 57,3 faizini neft yükləri təşkil edib. Qeyd edilib ki, dəniz limanları tərəfindən 3757,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3066,6 min tonunu və ya 81,6 faizini tranzit yüklər təşkil edib. 2023-cü il mayın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 124,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 52,3 faiz artaraq 6,7 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.