CƏMİYYƏT


Dəniz quldurlarının hücumuna məruz qalmış “MV Mozart” gəmisi Port Jentil limanına çatıb

Ankara, 24 yanvar, AZƏRTAC

Yanvarın 23-də dəniz quldurlarının hücumuna məruz qalan “MV Mozart” adlı gəmi artıq Qabonun Port Jentil limanında lövbər salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Twitter” hesabında yazıb.

Hücum nəticəsində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılova Allahdan rəhmət diləyən nazir bildirib ki, quldurların qaçırdığı 15 nəfərin sağ-salamat xilas edilməsi üçün bütün imkanlar səfərbər olunub. Gəmi Türkiyə vaxtı ilə saat 11 radələrində limana yan alıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.