İQTİSADİYYAT
Dənizçi tələbələrə xilasetmə vasitələrinin əhəmiyyəti mövzusunda seminar keçirilib
Bakı, 24 yanvar, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün seminar keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, seminar Beynəlxalq Dəniz Təşkilatının (IMO) SOSLAS (Dənizdə Həyat Təhlükəsizliyi üzrə Beynəlxalq Konvensiya) beynəlxalq konvensiyasında nəzərdə tutulmuş xilasetmə vasitələrinin əhəmiyyətinə həsr edilib.
Kapitan Titos Giannakakisin apardığı seminar zamanı tələbələrə xilasetmə vasitələrinin əhəmiyyəti, onların müasir gəmilərin texnoloji inkişafına uyğunlaşdırılması barədə məlumat verilib. Bununla belə, iştirakçılara heyət üzvlərinin təhlükəsizliyini asanlaşdırmaq üçün xilasedici vasitələrin dizaynında aparılan dəyişikliklərdən də danışılıb.
Seminar interaktiv formada keçirilib, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]