İQTİSADİYYAT


Dənizçilərə yubiley medalı təqdim edilib

Bakı, 23 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yubiley medalına layiq görülənlər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.