CƏMİYYƏT


Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib

Bakı, 30 iyul, AZƏRTAC

"Mingəçevir", “Şüvəlan” və “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", “Qobustan” və "Görədil" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan səkkiz nəfər xilas olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.