CƏMİYYƏT
Dənizə çirkab suları axıdan üç istirahət mərkəzinin sahibi barədə protokol tərtib edilib
Bakı, 8 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir paytaxtın Türkan qəsəbəsi ərazisində təşkil olunub. Reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkarlanıb. “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233-cü və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.