CƏMİYYƏT
Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağı Günü münasibətilə pulsuz face-art təşkil edib
Bakı, 9 noyabr, AZƏRTAC
Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil edib.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində 10 nöqtədə arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilib. Face-artdan istifadə edən bütün qonaqlara bayraqlar hədiyyə olunub. Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqımızın qürur mənbəyi olan dövlət bayrağını təbliğ etmək, xüsusən yetişməkdə olan gənc nəsildə bayrağa sevgi və hörmət hissini aşılamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]