CƏMİYYƏT


Dənizkənarı Bulvar İdarəsinin ərazisindən elektrik kabeli oğurlayan şəxs tutulub

Bakı, 24 yanvar, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə yanvarın 17-də Dənizkənarı Bulvar İdarəsinin ərazisindən 125 metr uzunluğunda yerüstü elektrik kabelinin oğurlanması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.