İQTİSADİYYAT
“Dənizkənarı Milli Park” və “İçərişəhər”də pulsuz internetdən 150 min istifadəçi yararlanıb
Bakı, 10 may, Elvin Camalov, AZƏRTAC
“Dənizkənarı Milli Park” və “İçərişəhər” ərazisində istismara verildiyi gündən indiyədək 150 minə yaxın istifadəçi pulsuz internet xidmətindən yararlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Nuranə Əliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əhalinin marağını və yay mövsümü ilə əlaqədar daha çox istifadəçinin şəbəkəyə qoşulacağını nəzərə alsaq, bu göstəricinin hər həftə sürətlə artacağı istisna edilmir.
N.Əliyeva qeyd edib ki, daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədilə şəbəkənin aktiv olduğu ərazilər də daxil olmaqla, quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.