MƏDƏNİYYƏT


Dənizkənarı Milli Parkda konsert təşkil olunub

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Dənizkənarı Milli Parkda ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə bayram konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində təşkil olunan konsert proqramı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Televiziyasının birgə layihəsi əsasında reallaşıb.

Konsertdə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistləri çıxış ediblər. Onların ifasında musiqi nömrələri paytaxtın sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı Bulvara Azərbaycanın milli sərvəti kimi “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi haqqında Fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.