DÜNYA


Dəniztəmizləmə səfərbərliyi çərçivəsində indiyədək Mərmərə dənizindən 4 min kubmetrdən çox selik çıxarılıb

İstanbul, 21 iyun, AZƏRTAC

Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə Türkiyədə başladılan dəniztəmizləmə səfərbərliyi tam gücü ilə davam edir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qardaş ölkənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum açıqlama verib.

Bildirilib ki, səfərbərlik çərçivəsində indiyədək İstanbul, Balıkesir, Kocaeli, Yalova, Bursa, Çanaqqala, Tekirdağ vilayətləri olmaqla ümumilikdə 278 bölgə təmizlənib. Dənizdən ümumilikdə 4 min 555 kubmetr selik çıxarılıb.

Bu istiqamətdə aparılan araşdırma nəticəsində baş verən hadisədə əlaqəsi olması şübhəsi ilə bir sıra iş yeri bağlanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.