REGİONLAR


Dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən 3 milyon tonadək məhsul yığılıb

Bakı, 26 oktyabr, AZƏRTAC 

Hazırda kәnd tәsәrrüfatı mәhsullarının yığımı davam edir. Cari il oktyabrın 1-nә kimi dәnli vә dәnli paxlalı bitkilәrin (qarğıdalısız) әkin sahәlәrindәn 98,3 faizi, yaxud 951,7 min hektarı biçilmiş vә hәmin sahәlәrdәn 2 milyon 921,5 min ton vә ya әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 9,7 faiz az mәhsul götürülüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, orta hesabla hәr hektardan 30,7 sentner mәhsul yığılıb.

Bundan әlavә, 22,6 min hektar qarğıdalı sahәsindәn 148,1 min ton mәhsul yığılaraq hәr hektardan orta hesabla 65,6 sentner qarğıdalı dәni götürülüb.

Qarğıdalı dәni nәzәrә alınmaqla ölkә üzrә taxıl istehsalı 3 milyon 69,6 min ton olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.