REGİONLAR


Dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 6,1 faiz çox məhsul götürülüb

Bakı, 18 oktyabr, AZƏRTAC 

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabrın 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 39,5 min hektar əkin sahəsinin 1 milyon 34,3 min hektarı biçilib və həmin sahələrdən 3 milyon 236,1 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb.

Bundan əlavə, 23,5 min hektar dən üçün qarğıdalı sahəsindən 149,8 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,8 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3385,9 min ton olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.