CƏMİYYƏT


Dənli və texniki bitkilərin, meşələrin, qoruqların yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

Bakı, 16 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi 2019-cu il üçün təsdiqlənmiş hazırlıq planına əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, mərkəzin əməkdaşları “Taxıl yığımı zamanı yanğın təhlükəsizliyi qaydaları”, “Meşə təsərrüfatında yanğın təhlükəsizliyi tədbirləri” mövzularında geniş məruzə ilə çıxış edib, biçilmiş taxıl sahələrinin yandırılması, yanğın zamanı yanğınsöndürmə qüvvələrinin qarşılaşdığı problemlərdən danışıblar. Çıxışlarda baş vermiş hadisələrin qarşısının alınması üçün yerli bələdiyyələrin, ərazi icra nümayəndələrinin üzərinə düşən vəzifələrin vaxtında icra olunmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda müzakirələrə qoşulan yerli bələdiyyə və icra hakimiyyəti nümayəndələrinin sualları cavablandırılıb.

Müşavirədə FHN-in Muğan Regional Mərkəzinin, Muğan Regional Yanğın Nəzarəti İdarəsinin və Hacıqabul Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, icra hakimiyyətinin əməkdaşları, yerli bələdiyyələr, ərazi icra nümayəndələri, iri təsərrüfat sahibləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.