ELM VƏ TƏHSİL


Dennis Opposs: IAEA 2019-da məqsədlərimizdən biri də təhsilin qiymətləndirilməsində tətbiq olunan yenilikləri öyrənməkdir

Bakı, 23 sentyabr, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrindən ekspert və tədqiqatçıları bir araya toplayan IAEA 2019 təhsilin qiymətləndirilməsi sahəsində problemlərin müzakirəsi baxımından gözəl platformadır.

Bu fikri konfrans iştirakçısı, Ofqual şirkətinin standartlar departamentinin rəhbəri Dennis Opposs AZƏRTAC-a müsahibəsində söyləyib.

"Tədbir zamanı təhsilin qiymətləndirilməsi ilə məşğul olan ekspert və tədqiqatçılar öz fikirlərini bölüşür və bu sahədə mövcud çağırışlara həll yolları tapmağa çalışırlar. Sessiyalarda irəli sürülən ideya və təkliflər ölkələrin təhsil sistemlərinin daha da təkmilləşməsinə kömək edir. Böyük Britaniyada təhsilin qiymətləndirilməsində bir çox modellərdən istifadə olunur. Təmsil etdiyimiz qurum bu modellərin daima təkmilləşdirilməsi ilə məşğuldur. IAEA 2019-da məqsədlərimizdən biri də təhsildə qiymətləndirmə sistemini öyrənib gələcəkdə onları tətbiq etməkdir", -deyə D.Opposs bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.