CƏMİYYƏT


Deputat: Əldə olunmuş təcrübə qısa müddətdə Qarabağın da yollarının bərpasını mümkün edəcək

Bakı, 18 noyabr, AZƏRTAC

44 gün davam edən və müzəffər Azərbaycan Ordusunun Qələbəsi ilə bitən Vətən müharibəsinin həlledici və qürurverici anlarından biri Azərbaycanın ürəyi olan Şuşa şəhərinə üçrəngli müqəddəs bayrağımızın sancılması oldu.

Noyabr ayının 10-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəsin elan edilməsinə və işğal altındakı digər rayonlarımızın insan tələfatı olmadan boşaldılaraq Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalandı.

Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat bildirib ki, noyabrın 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər və bununla da müharibə başa çatdıqdan sonra bütün azərbaycanlıların Qarabağa yolunu açan ilk insanlar oldular. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın Lideri və Sərkərdəsi kimi Qarabağda yeni həyatın başlanğıcına, millətindən, dinindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının həmin torpaqlarda yaşamaları üçün imkanların səfərbər edilməsinə bir çağırış oldu.

Təsadüfi deyil ki, məhz səfərdən sonra Prezident İlham Əliyev ilk olaraq “Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı və işlərin görülməsi üçün 50 milyon manat vəsait ayrıldı. Baxmayaraq ki, Ermənistanın işğalı nəticəsində uzunluğu 25 min kilometr olan avtomobil yolları dağıdılıb, son illər Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması, əldə olunmuş təcrübə qısa müddətdə Qarabağın da yollarının bərpasını mümkün edəcək.

Yol – inkişaf, davamlı inkişafın aydın gələcəyi deməkdir. Bu baxımdan, yaşadığımız ilin, qalibi olduğumuz müharibənin yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlətinin əsas hədəfi Qarabağda sülhün qorunub saxlanılması, suverenliyin tam bərpa olunması, Cənubi Qafqazda isə təhlükəsizliyin və əmin-amanlığı uzunmüddətli prosesə çevrilməsidir.

Yol, eyni zamanda, bütün Qarabağın Qayıdış və İnkişaf Konsepsiyasının hərtərəfli öyrənilməsinə, həyat infrastrukturunun yaradılmasına, yeni, müasir, innovativ çağırışlara, texnologiyaların tətbiqinə əsaslanan planlı və davamlı sənədin hazırlanmasını ehtiva edir.

Hazırda Azərbaycan hökuməti, Nazirlər Kabineti, aidiyyəti nazirlik və institutlar işğal nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini həyata keçirir və bu iş beynəlxalq maliyyə korporasiyalarının da fəal şəkildə cəlb olunmasını tələb edir.

Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan mükəmməl idarəçilik modeli imkan verəcək ki, Qayıdış və İnkişaf Konsepsiyası dövlət komissiyası səviyyəsində tamamlansın, yaradılacaq alt İşçi qruplarının fəaliyyətini düzgün əlaqələndirməklə siyasi, ekoloji, iqtisadi və sosial sahələrdə məqsədli inkişafa nail olunsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.