Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Əsas məsələ münaqişənin hansı yolla həll olunması deyil, torpaqlarımızın tamamilə işğaldan azad edilməsidir

Deputat: Əsas məsələ münaqişənin hansı yolla həll olunması deyil, torpaqlarımızın tamamilə işğaldan azad edilməsidir

Bakı, 15 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Əzəli torpaqlarımızın düşmən işğalından azad olunması üçün 30 il gözləməli olduq. Hadisələrin gedişi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iki yolun – sülh və ya hərbi yolun olduğunu göstərdi. Burada əsas məsələ hansı yoldan istifadə edilməsi deyil, torpaqlarımızın tamamilə işğaldan azad olunmasıdır. Qərar, hədəf və mövqe tam bəllidir. Azərbaycan Prezidenti “Haber Global” televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, biz sona qədər gedəcəyik. Artıq döyüş meydanı var və torpaqlar uğrunda mübarizə davam edir.

Bu fikirlər Milli Məclisin deputatı Şahin Seyidzadənin “Biz sona qədər gedəcəyik - ya hərbi, ya da siyasi yolla” sərlövhəli məqaləsində yer alıb.

“Gəncə təxribatı müharibənin “yazılmış” və “yazılmamış” qanunlarını pozdu”, - deyən Ş.Seyidzadə bildirir ki, müharibənin öz qanunları var. “Əgər düşmən tərəf şüurlu formada hərbi münaqişənin baş verdiyi ərazidə, yaxud münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə hücum edir və təxribat törədirsə, bu, birmənalı olaraq bütün “yazılmış” və “yazılmamış” müharibə qanunlarının pozulmasıdır. Ermənilər tərəfindən məhz münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrində davamlı olaraq beynəlxalq hüququn pozulması, müharibə cinayətinin törədilməsi, terror aktlarının həyata keçirilməsinin şahidi oluruq. Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu müharibənin “yazılmış” və “yazılmamış” qanunlarını tamamilə pozdu. Münaqişə zonasından uzaqda, dinc əhalinin yaşadığı əraziyə gecə yarı edilən bu hücum birmənalı olaraq antihumanist addım və terror aktıdır. Biz bundan əvvəl Xocalıda da düşmənin terror aktlarının şahidi olmuşduq. Dövlətimizin başçısı qeyd etdiyi kimi: “Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətdilər. Dinc əhalinin – azyaşlı, qadın və qocaların zərər görməsi, vəfat etməsi və yaralanması ilə nəticələnən Gəncə hücumu terror deyil, bəs nədir?”, - deyə müəllif bildirir.

Məqalədə, həmçinin deyilir: “Döyüşlərin müxtəlif “cəbhə”lərinin olduğu aydındır. Sözsüz ki, hər bir müharibənin əsas cəbhəsi döyüş meydanıdır. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edir. Azərbaycan əsgəri öz torpağında döyüşür. Moskva danışıqları nəticəsində atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan Ordusu mülki əhalini, yaşayış obyektlərini atəşə tutur, mülki infrastruktura raket zərbələri endirir. Sözsüz ki, Azərbaycan tərəfi bu təxribat cəhdlərinin qarşısını alır.

Ordumuz döyüş meydanında vuruşarkən, eyni zamanda, siyasi danışıqlar və diplomatiya cəbhəsində də mübarizə davam edir. Diplomatiya cəbhəsində də güclü və adekvat mübarizənin aparılması vacibdir. Döyüşlər başlayandan etibarən hər iki ölkə tərəfindən danışıqlar, münaqişənin həlli ilə bağlı bir sıra telefon zəngləri və görüşlər keçirilib. Daha sonra isə artıq danışıqlar və döyüşlərin gedişatı barədə tərəflərin diplomatik nümayəndələrinin iştirakı ilə Moskva görüşü baş tutdu. Bununla da cəbhədə gedən döyüşlərin birinci mərhələsi başa çatdı. Amma düşmən tərəfi bu görüşün nəticələrinin icrasını yerinə yetirmədi”.

Deputat məqaləsində vurğulayır ki, ümumilikdə, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, qəbul edilən və işğalçı düşmən tərəfindən heç vaxt icra olunmamış 4 qətnamə bunun ən böyük sübutudur. Azərbaycan beynəlxalq arenada daim adekvat və obyekt mövqeyi ilə seçilib. Məhz bu mövqedən irəli gələrək beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü haqqında düşüncə də müsbət istiqamətdədir. Sözsüz ki, “beynəlxalq cəbhə”də daim ön planda olmaq, məlumatları və faktları təhrif etmədən nüfuzlu təşkilatlara, qurumlara, vətəndaş cəmiyyəti institutlarına çatdırmaq üçün “informasiya cəbhəsi”ndə güclü olmaq da zəruridir.

“XXI əsrin ən böyük cəbhələrindən biri əlbəttə ki, “informasiya cəbhəsi”dir. Məlumatların dəqiq, qərərsiz, rəsmi və mötəbər mənbələrdən dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın “qara” təbliğat, yalan məlumatların yayılması istiqamətindəki fəaliyyətinə qarşı bu cəbhədə fəallıq olduqca önəmlidir. “İnformasiya cəbhə”sində artıq Ermənistan vətəndaşları, yaxud Dağlıq Qarabağda məskunlaşan, döyüşən hərbçilərlə yox, qlobal səviyyədə diaspor və onların qara kampaniyaları ilə mübarizə aparırıq. Əlbəttə ki, bu “cəbhə”də daim öndə olmağımız üçün gənclərin təşəbbüsü və ictimai-siyasi xadimlərin, ziyalıların dəstəyi ilə kifayət qədər genişmiqyaslı işlər aparılıb və sona qədər davam etdirilməkdədir. Bu “cəbhə”də olan fəaliyyət də özlüyündə dövlətçiliyə böyük xidmətlərdən biridir. Hamı səfərbər olunub. Prezident İlham Əliyev dediyi kimi, Azərbaycan haqq yolundadır və Qarabağ Azərbaycandır!”, - deyə məqalənin sonunda vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO