SİYASƏT


Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir

Bakı, 23 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan regionda güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik bir dövlətə çevrilib. Ölkə rəhbərinin müdrik siyasəti və qətiyyətinin nəticəsi olaraq Azərbaycan ildən-ilə yeni qələbələrə doğru inamla irəliləyir. Zəfərə gedən yolda heç bir qüvvə Azərbaycan xalqına və onun liderinə mane olmaq iqtidarında deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.

Deputat dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda köklü islahatların həyata keçirildiyini, dövlət proqramlarının qəbul edildiyini, mühüm layihələrin reallaşdırıldığını vurğulayıb. Bildirib ki, görülən işlər nəticəsində regionların sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılıb, yeni iş yerləri açılıb, ümumi daxili məhsulun həcmi artıb. Dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan investisiya qoyulan ölkədən investisiya yatıran ölkəyə çevrilib, neft sektorunun inkişafından qeyri-neft sektorunun inkişafına əsl keçid mərhələsi başlayıb. İnsanların maddi rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Qısa zaman kəsiyində ölkədə əməkhaqları, pensiyalar iki dəfə artırılıb. Pensiyaların minimum həddi 200 manata, əməkhaqlarının minimum həddi 250 manata qaldırılıb, sosial müavinətlər, təqaüdlər artırılıb, problemli kredit məsələsi öz həllini tapıb, şəhid ailələrinə müavinətlər ödənilib. Ümumilikdə, ölkə başçısının sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Xalqın dəstəyinə arxalanan Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.

Kamilə Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.