İQTİSADİYYAT


Deputat: Azərbaycan yerli istehsalı genişləndirməklə inflyasiyanın təsirlərini minimumlaşdırır

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən ilin nəticələri göstərir ki, dünya bazarında ərzaq məhsullarının qiymətlərində son onillikdə ən yüksək artım müşahidə olunub. Ərzaq məhsullarının qlobal bazarda qiymətləri 38 faizədək artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, xüsusən təklifin azalması, tələbin artması fonunda növbəti illərdə də dünya ərzaq bazarında tələb və təklif arasında fərqin olacağı gözlənilir. Yəni, istehlak artır, pandemiya səbəbindən isə təklifin azalması prosesi müşahidə olunur. Bu da təbii ki, qiymətlərə təsir göstərir. Növbəti dövrlərdə də dünya bazarında qiymətin artımının davam edəcəyi gözləniləndi. Azərbaycan artıq dünya bazarındakı qiymət artımlarından daxili istehlak bazarına, eləcə də ölkədə inflyasiya səviyyəsinin təsirlərinin minimumlaşdırılması ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsinə dair xüsusi proqram hazırlayıb.

Antiinflyasiya proqramı dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Təbii ki, burada əsas məqsəd yerli istehsal hesabına istehlakın əhəmiyyətli hissəsinin ödənilməsinə, xüsusən də ərzaq, kənd təsərrüfatı məhsullarının, eləcə də yerli istehsalın genişləndirilməsi və bununla da xarici bazarlardakı qiymət artımlarının təsirlərinin minimumlaşdırılmasına nail olmaqdır. Bu istiqamətdə də fəaliyyətlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərimizdən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə imkanları da yerli istehsalın genişləndirilməsinə şərait yaradır.

“Süni qiymət artımlarına qarşı mübarizə də davam etdirilir. Bununla bağlı istehlak bazarında monitorinqlərin aparılması, süni artırılmış qiymətlərin tənzimlənməsi ilə bağlı tədbirlər daha ünvanlı həyata keçiriləcək. Bütövlükdə, antiinflyasiya tədbirləri, eyni zamanda, ərzaq təminatının formalaşması ilə bağlı aparılan siyasətin strateji hədəfləri istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Bu, bir tərəfdən həm qeyri-neft ixracatının artırılması, həm də idxalın azalmasına gətirib çıxaracaq”, - deyə V.Bayramov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.