CƏMİYYƏT


Deputat: Azərbaycanda dünya ölkələrinə nümunə olacaq idman siyasəti həyata keçirilir

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də böyük inkişaf müşahidə olunur. Bu gün Azərbaycan dünya miqyasında idman tədbirlərinin yüksək səviyyədə keçirildiyi idman ölkəsi kimi tanınır və şanlı bayrağımız beynəlxalq arenalarda qürurla dalğalanır. Əlbəttə, bütün bunlar, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən düzgün və uğurlu idman siyasətinin nəticəsində mümkün olub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ən çox diqqət ayırdığı sahələrdən biri də idman sahəsi olub. Ulu öndər Heydər Əliyev tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər və qəbul olunan qanunlar nəticəsində qısa müddət ərzində idman sahəsində inkişaf dövrü başladı. Əsası Azərbaycan xalqının dühası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da ölkəmizdə idmanın inkşaf etdirilməsində böyük xidmətləri var.

Deputat deyib: “Ölkəmizdə idmana və idmançılara qayğı göstərilməsi dövlət siyasətinin prioritet hədəflərindən biridir. İdman sahəsinin inkşaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir. Bu diqqət və qayğının nəticəsidir ki, Bakı ilə yanaşı, respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, idman kompleksləri və zalları, stadionlar inşa edilmişdir. Bütün bunlarla yanaşı, idman sahəsi ilə bağlı qanunvericilik sahəsində təkminləşdirmə işləri aparılmış, yeni-yeni qanunlar qəbul edilmişdir. Ölkəmizdə idman sahəsinin inkşafı gənclərin sağlam və xüsusəndə vətənpərvər ruhda böyüməsində böyük rol oynamışdır. Sağlam və vətənpərvər ruhda böyüyən gənclərimiz İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərərək, torpaqlarımızı işğaldan azad etdilər. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya ölkələrinə nümunə olacaq idman siyasəti həyata keçirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.