İQTİSADİYYAT


Deputat: Azərbaycanla Naxçıvan arasında dəhlizin istifadəyə verilməsi ölkəmizin regional mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq

Bakı, 1 dekabr, AZƏRTAC 

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru dəhlizin formalaşması hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Dəhlizin istifadəyə verilməsi ölkəmizin regional mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan bu gün bir sıra emaledici məhsulların istehsalı ilə məşğuldur. Naxçıvanda istehsal edilən məhsullar, o cümlədən mineral sular, alkoqollu işçilər və digər emaledici ərzaq məhsullarının kifayət qədər böyük bazarı var. Uzun müddət quru, dəmir yolu nəqliyyatından istifadə imkanlarının olmaması Naxçıvanda istehsal edilən məhsulların bazarlara çıxarılmasında çətinliklər yaradırdı. Azərbaycanla Naxçıvan arasında dəhlizin istifadəyə verilməsi Naxçıvan sahibkarlarına istehsal etdikləri məhsulları daha geniş bazarlara çıxarmağa imkan verəcək. Bu, Naxçıvanın iqtisadi inkişafı və sahibkarlığın inkişafı baxımından çox vacibdir. Eyni zamanda, bu, Azərbaycan sahibkarları üçün yeni alternativ yollardan istifadə edərək nəqliyyat və logistika xərclərinə qənaət etməklə məhsullarını Naxçıvan, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması deməkdir. Bununla da həm ölkəmizin qeyri-neft sektorunda istehsal edilən məhsulların Türkiyə və Avropa bazarlarına çıxarılması imkanları genişlənəcək, həm də Azərbaycanın qeyri-neft ixracı artacaq.

“Dəhlizin “Şimal-Cənub” nəqliyyat dəhlizinə inteqrasiya imkanları da mövcuddur. Bu da təbii ki, Azərbaycan və Naxçıvan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artması deməkdir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına imkan yaradacaq. Bütövlükdə, dəhlizin istifadəyə verilməsi Azərbaycanın logistik və nəqliyyat hab olaraq regional mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq. Nəticədə qeyri-neft ixracında, eləcə də valyuta gəlirlərində artımlar olacaq, Azərbaycanın strateji mövqeyi güclənəcək”, - deyə V.Bayramov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.