Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Bakı Bəyannaməsi üç ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm platformadır

Deputat: Bakı Bəyannaməsi üç ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm platformadır

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladıqları Bakı Bəyannaməsi regional və beynəlxalq miqyasda yaranan yeni geosiyasi müstəvinin təməlində duran üç nəhəng sütundan biridir. Bu sütunlardan birincisi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın Ermənistan üzərində qalib gəlməsini özündə ehtiva edən 10 noyabr tarixli üçtərəfli Bəyanatdır. Bu sənədlə Azərbaycan postsovet məkanında ən qəliz münaqişələrdən birinə son qoydu və Cənubi Qafqaz regionunda yeni siyasi reallıq formalaşdırdı. İkinci sütun Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Şuşaya səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsidir. Bu Bəyannamə iki müttəfiq və qardaş dövlətin ittifaqını daha da gücləndirdi. Azərbaycan və Türkiyə arasındakı ittifaqa Pakistanın da Bakı Bəyannaməsi ilə qoşulması yeni geosiyasi müstəvinin üçüncü sütununu təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

Deputat qeyd edib ki, iyulun 27-də Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin birinci üçtərəfli görüş çərçivəsində Bakı Bəyannaməsinin imzalanması hər üç ölkənin parlament tarixində önəmli hadisələrdən biridir. Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasındakı strateji əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Bu sənəd üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi və həlli üçün yeni bir platformadır. Eyni zamanda, parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji məsələləri özündə ehtiva edir. Atılan bu addım ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni imkanlar yaradacaq.

Bəyannamənin mətninin təhlilinə keçməmişdən əvvəl onu imzalayan aktorların kimliyinə diqqət yetirməyin zəruriliyini vurğulayan Tamam Cəfərova bildirib ki, Azərbaycan bir çox təbii və süni maneələrə rəğmən beynəlxalq güclərin himayəsi altında olan Ermənistana qalib gələn və Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyat və orduya malik olan ölkədir. Türkiyə NATO-da ABŞ-dan sonra ikinci güclü orduya malik, Qara dəniz, Mərmərə dənizi, Aralıq dənizinə çıxışa malik olan, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Mərkəzi Asiyada böyük nüfuza sahib olan, iki qitədə yerləşən regional gücdür. Pakistan isə nüvə silahlı qüdrətli orduya, güclü kəşfiyyat sisteminə və böyük əhaliyə malik beynəlxalq gücdür. Bu üç ölkənin imzaladığı istənilən siyasi-hüquqi sənəd öz-özlüyündə digərlərini hesablaşmağa məcbur edən beynəlxalq əhəmiyyətli sənədə çevrilir.

Bu üç ölkənin bir araya gəlməsinin heç də təsadüfi olmadığını bildirən deputatın sözlərinə görə, Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdir. Azərbaycanın hər iki ölkə ilə münasibətləri daima yüksələn xətlə inkişaf edib və bu əməkdaşlıq Azərbaycan üçün İkinci Qarabağ müharibəsi kimi çətin imtahanda digər bəzi ölkələrdən fərqli olaraq kağız üzərində qalmayıb, real mənəvi və diplomatik dəstəyə çevrilib. “Bakı Bəyannaməsinin mətnində “xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı” əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb. Bəyannamənin bu hissəsi xüsusi diqqət tələb edir. Türkiyə NATO-nun üzvü kimi digər üzv ölkələri ilə birlikdə qarşılıqlı kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir. Pakistan “İnter-Services İntelligence” kəşfiyyat orqanı isə dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri hesab olunur. Nəhayət, Azərbaycan 30 ilə yaxın Ermənistan kimi terrorçu bir ölkə ilə mübarizə apardığına görə terrorla mübarizə istiqamətində böyük təcrübə əldə edib. Nəticədə hər üç tərəfin bir-birini daha da gücləndirəcək vasitələri vardır. Azərbaycanın Ermənistanın terrorçu fəaliyyəti haqqında topladığı məlumatlar Türkiyəyə Yaxın Şərqdə həyata keçirtdiyi antiterror əməliyyatları zamanı xüsusilə faydalı ola bilər”, - deyə T.Cəfərova vurğulayıb.

Deputat dezinformasiya kampaniyalarına qarşı mübarizənin hər üç ölkənin əziyyət çəkdiyi vacib məsələlərdən biri olduğunu qeyd edərək bildirib ki, hazırda ABŞ-da erməni lobbisi tərəfindən Azərbaycan və Türkiyəyə qarşı həyata keçirilən fəaliyyət həqiqətdə xristian həmrəyliyi ilə pərdələnmiş dezinformasiya kampaniyasıdır. O deyib: “Belə kampaniyalar dünya ölkələrində, adətən, islamofobiya ilə paralel olaraq aparılır. Bu qəbildən bəyannamədə “hibrid müharibələr və islamofobiyaya meylli ölkələr” ifadəsinin işlədilməsi və onlara qarşı fəaliyyət lazımınca dəyərləndirilməlidir. İslamofobiya Pakistanın da üzləşdiyi əsas problemlərdən biridir. Ümumilikdə, İslama qarşı aparılan əsassız ideoloji “səlib yürüşləri” digər xalqların gözündə islamı və müsəlmanları gözdən salmağa istiqamətlənib. Bunun isə Pakistan üçün geosiyasi anlamda nəticəsi ona qarşı potensial koalisiyaların çoxalması və nüvə silahının tərk-silah olunması tələb edilə bilər.

“Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Bakı Bəyannaməsi Azərbaycanın yaxın və orta gələcək üçün hədəflədiyi geosiyasi məqsəd istiqamətində atdığı növbəti uğurlu addımdır”, - deyə T.Cəfərova fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb