SİYASƏT


Deputat: Bu ilin “Şuşa İli" elan olunması Vətən müharibəsində Qələbəmizin əbədiləşdirilməsi baxımından son dərəcə vacib qərardır

Bakı, 11 yanvar, AZƏRTAC

2022-ci ilin "Şuşa İli" elan olunması Vətən müharibəsində qazandığımız Qələbənin əbədiləşdirilməsi baxımından son dərəcə vacib qərardır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova, həmçinin bildirib ki, bu, möhtəşəm Qələbəmizin bütün dünyada tərənnüm olunması baxımından mühüm tarixi hadisədir. “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa böyük Zəfərimizin məsudluq simvoludur. 2022-ci ilin “Şuşa İli” elan edilməsi qədim və zəngin mədəniyyətimizin təbliğatı, qazandığımız qələbələri dünyaya göstərmək üçün yeni imkanlar yaradacaq. Şuşaya gələn qonaqlar, xarici diplomatlar, siyasətçilər həm burada Azərbaycan ruhunu duyacaq, həm də Ordumuzun Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi şücaəti öz gözləri ilə görəcəklər”, - deyə deputat qeyd edib.

“2021-ci il iyunun 15-də tarixi hadisənin şahidi olduq. Ölkəmizin mədəniyyət beşiyi Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsı imzalandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənədin tarixi çəkisini qeyd etməklə bərabər, demək istərdim ki, böyük Zəfərimizin işığında məhz Şuşa şəhərindən bəyan olunmuş bu müttəfiqlik xüsusi önəm daşıyır. Şuşa Bəyannaməsi ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqımızın bundan sonra təhlükəsiz və məsud yaşayışının təminatıdır.

Azərbaycan ərazilərinin düşməndən təmizlənməsi və Vətən torpaqlarına əbədi qayıdışımız tarixi nailiyyətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizin rəmzinə çevrilmiş Şuşa şəhərinin azad edilməsi düşmənlərimizə gözdağı verdi, qalib ruhumuzun necə güclü olduğunu, ordumuzun qüdrətini göstərdi.

S. Mikayılova qeyd edib ki, 28 illik işğal dövründən sonra yenidən Şuşa şəhərinin tarixi, mədəni, siyasi, strateji dəyəri özünə qaytarılır. Şuşada aparılan bərpa və quruculuq işləri, dövlətimizin başçısının Şuşaya silsilə səfərləri, həyata keçirilən tədbirlərə birbaşa özünün nəzarət etməsi şəhərin tarixi, siyasi əhəmiyyətini bir daha nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.