Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Diplomatlar 30 il ərzində ermənilərin torpaqlarımızda yalnız vandallıq aktları törətdiklərini öz gözləri ilə gördülər

Deputat: Diplomatlar 30 il ərzində ermənilərin torpaqlarımızda yalnız vandallıq aktları törətdiklərini öz gözləri ilə gördülər

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri onların təmsil etdiyi dövlətlərin hərbi-siyasi yolla yaratdığımız reallığı tam şəkildə qəbul etdiklərinin bariz göstəricisidir. Bu mənada, Prezident İlham Əliyevin müvafiq səfərlərin təşkili barədə tapşırığının nə qədər uzaqgörən və müdrik qərar olması, hansı strateji önəmi daşımasını anlamaq çətin deyil.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, 50-yə yaxın dövlət və beynəlxalq təşkilatın 100-dən çox nümayəndəsinin Zəfərimizin rəsmiləşdiyi Şuşa şəhərinə səfəri elə ilk vaxtdan ciddi siyasi nəticələrə yol açmağa başladı. Birincisi, səfərdə iştirak edən rəsmi nümayəndələr mövcud vəziyyətlə yerindəcə tanış olmaqla işğal, vandalizm faktlarını şəxsən qiymətləndirmək imkanı əldə etdilər. Heç şübhəsiz, hər bir səfir, yaxud müvəqqəti işlər vəkili kameralar qarşısında olanları tam dolğunluğu ilə dilinə gətirə bilməsə də, öz ölkəsinə yazılı məruzəsində həqiqətləri bütün çılpaqlığı ilə əhatə edəcək. Şübhəsiz ki, təkzibedilməz vandalizm, dağıntılar, vəhşiliklər, işğalın çoxsaylı nəticələri və Azərbaycanın bu fonda yaratdığı reallıq Cənubi Qafqazda əməkdaşlıq istiqamətində gələcək addımlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

B.Məhərrəmov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərə səfər edən səfirlərin nümayəndəsi olduğu ölkələrinin çoxunda kifayət qədər təsirli imkanlara malik erməni diaspor təşkilatları mövcuddur. Artıq öz nümayəndəsi vasitəsilə vəziyyəti birbaşa müşahidə və təhlil etmək imkanı qazanmış bir dövlət üçün səfirinin rəsmi məruzəsi erməni lobbisinin saxta ah-zarı və təbliğatından daha üstündür. Əlbəttə, həqiqət hər kəsə bəllidir, lakin bu səfər hətta fərqli mövqe tutan dövlətləri də mühüm fakt qarşısında qoyacaq. Diplomatlar 30 il ərzində ermənilərin işğal altında saxladıqları ərazilərdə yalnız vandallıq aktları törətdiklərini, heç bir quruculuq işləri aparmadıqlarını əyani olaraq görməklə, kimin işğalçı, talançı, kimin isə ev sahibi olması barədə yekun qənaət formaladıracaqlar ki, bu da Azərbaycanın informasiya müharibəsində çox zəruri bir mərhələnin başlanması deməkdir.

Bu səfərlər, xüsusilə Şuşa səfəri iştirakçıların təmsilçisi olduğu dövlət v ya beynəlxalq təşkilatda Azərbaycanın imkanları və qüdrəti barədə aydın mənzərə yaradacaq. Cəmi yeddi ay ərzində böyük həcmdə quruculuq və bərpa işlərinin aparılmasına canlı şahidlik edən diplomatlar bu səfərlərlə Azərbaycanın müharibədən qüvvəsi tükənmiş və özünə gəlməyə çalışan dövlət deyil, əksinə, böyük imkan və potensiala malik güc mərkəzinə çevrildiyinə əmin oldular. Təkcə bu fakt səfərdə iştirak edən tərəflərin daim maraqlarının kəsişdiyi Cənubi Qafqazda hesablaşılmalı olan əsas qüvvənin kim olması barədə yekdil qənaət yaradacaq. Sirr deyil ki, müasir dövrdə siyasi münasibətlərin kökündə güc amili dayanır və hər kəs güclü ilə hesablaşır.

"Diplomatların tarixi Şuşa səfərində əsas diqqətçəkən məqamlardan biri də, heç şübhəsiz, artıq keçmişdə qalmış münaqişənin bir zamanlar tənzimlənməsinə məsul, lakin turistik səfərlərdən başqa bir fəaliyyətlə yadda qalmayan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçilərinin səfərdə iştirak etməməsi oldu. Təbii ki, Azərbaycan artıq bölgədə istədiyinə nail olub və bundan sonrakı addımların da maraq və mənafelərimizə uyğunlaşdırılması üçün bütün zəruri güc və imkanlara malikdir. Bu mənada, ABŞ, Rusiya və Fransanın səfirlərinin bu səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir. Azərbaycan onsuz da münaqişəyə hərbi-siyasi yolla son qoyub, ərazilərini işğaldan azad etməklə BMT qətnamələrinin icrasına və beləliklə, beynəlxalq hüququn aliliyinin təminatına nail olub. Münaqişənin həllini üzərinə götürmüş və uzun illər bu istiqamətdə irəliləyiş əldə edə bilməyən həmsədrlər, əslində, sağlam təfəkkürə əsasən, müharibənin başa çatmasına, yəni, onların fəaliyyət məqsədlərinə nail olunmasına dəstək verməli idilər. Ən sadə halda isə həmsədr ölkələr özlərinə nüfuz gətirəcək sağlam münasibət formalaşdıra bilərdilər", - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Deputat qeyd edib ki, münaqişənin başa çatması, işğalın nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətin genişlənməsi şəraitində mövcud davranışları həmsədrlərin münaqişənin başa çatmasından o qədər də razı qalmadıqları effekti yaradır. Baxmayaraq ki, onların 30 ildə görməli olduğu işi Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günə tam yerinə yetirərək hər şeydən əvvəl həmsədrlərin özlərini utancdan və gülüş hədəfi olmaqdan qurtardı. Üstəlik, rəsmi Bakı hələ də xoş niyyət nümayiş etdirərək özünü faydasız təsisat kimi təsdiqləmiş ATƏT-in Minsk qrupundan təktərəfli formada imtina etmir. Hətta Prezident İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək reallığa uyğun faydalı istiqamətlərin müəyyənləşdirilməsi şərti ilə təsisatla əməkdaşlığa hazır olduğunu bəyan edir. Lakin nədənsə həmsədrlər bütün davranışları ilə sanki illərlə rəsmi İrəvanın maraqlarını qoruduqlarını, Vətən müharibəsində Ermənistanla bərabər məğlub olmaları mənzərəsi yaradırlar.

B.Məhərrəmov vurğulayıb ki, ATƏT həmsədrlərinin bu mövqeyi yanlışdır və başa çatmış münaqişəyə köklənib qalmaqla həmsədrlər nəinki reallığa təsir etmir, əksinə, Azərbaycanda onsuz da aşağı olan nüfuzlarını və onlara olan inamı tam heçə endirməklə ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun tarixin yaddaşına həkk olunmasını tezləşdirməkdədirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO