SİYASƏT


Deputat: Ermənistan dövləti təxribat xarakterli addımları ilə öz sonunu yaxınlaşdırır

Bakı, 5 avqust, AZƏRTAC

Regionda sülhə və sabitliyə təhdid olan Ermənistan dövləti yenə də öz xain xislətindən geri qalmır. Eyni zamanda, rəsmi İrəvan imzaladığı 10 noyabr Bəyanatında öz üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etmir, yeni-yeni təxribatlara əl atmaqla zaman qazanmağa çalışır. Bütün dünya Ermənistanın necə riyakar, ikiüzlü və terror dövlət olduğuna şahidlik edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, rəsmi İrəvan bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmır. Ermənistan hakimiyyəti, erməni xalqı və onların revanşist qüvvələri birmənalı şəkildə anlamalıdır ki, törətdikləri istənilən təxribatın qarşısı müzəffər və qalib Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaq.

“Avqustun 3-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı da bir daha bu deyilənlərə bariz sübutdur. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, xeyli sayda qanunsuz erməni silahlı dəstələrinin canlı qüvvəsi məhv edildi və yaralandı, düşmənin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Ermənistan hakimiyyəti bir daha anlamalıdır ki, dəmir yumruq yerindədir və istənilən zaman başlarına enə bilər. Yaxşı olardı ki, İkinci Qarabağ müharibəsindəki biabırçı və ağır məğlubiyyətlərini unutmasınlar. Baş verən bütün təxribatların qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır və təxribat xarakterli addımlar Ermənistanı peşman edəcək. Regionda sülhə təhdid olan Ermənistan dövləti təxribat xarakterli addımları ilə öz sonunu yaxınlaşdırır”, - deyə deputat əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.