SİYASƏT


Deputat: Ermənistan insanlığa qarşı vəhşiliyini açıq şəkildə nümayiş etdirir

Bakı, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncəyə və digər iri şəhərlərimizə, orada məskunlaşan dinc əhaliyə raket hücumu həyata keçirmək Ermənistan rəhbərliyinin çarəsizliyinin nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Deputat bildirib ki, Ermənistan ordusunun raket zərbələri nəticəsində 2-si körpə olmaqla 13 nəfər həlak olub, 50-dən artıq sakin yaralanıb. “İnsanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrə dünya birliyinin hələ də səssiz qalması Azərbaycan xalqı olaraq bizi narahat edir. Beynəlxalq aləm, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu mülki insanlara qarşı cinayət olan bu hücumlarla bağlı sərt reaksiya göstərməlidir. Azərbaycan Ordusu xalqımızdan aldığı əzmkar iradə və Ali Baş Komandanın əmrləri ilə onların cavabını döyüş meydanlarında verir və verəcəkdir. Qarabağ Azərbaycandır!”, – deyə S. Möhbalıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.