Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Ermənistanda ordu yox, ayrı-ayrı quldur və cinayətkar dəstələr var

Deputat: Ermənistanda ordu yox, ayrı-ayrı quldur və cinayətkar dəstələr var

Bakı, 5 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin müsahibə və çıxışlarını nəinki Azərbaycan və Türkiyə ictimaiyyəti, bütövlükdə bölgə ictimaiyyəti, xarici mətbuat səbirsizliklə gözləyir, bu çıxışlar çox böyük diqqətlə izlənilir. Çünki bütün bu müsahibə və çıxışlarda hər dəfə gündəmi müəyyən edən, mətbuatın baş xəbərinə çevrilən mesajlar səslənir. Həmçinin Prezident İlham Əliyevin fəaliyyəti və onun çıxışları Ermənistan ictimaiyyəti və mediasının da diqqət mərkəzindədır. Sadə erməni xalqı çox gözəl dərk edir ki, bir xalq olaraq onların taleyi Azərbaycan dövlətindən, onun humanist Prezidentindən asılıdır. Ermənistan dövlətinin rəhbərliyi və siyasətçiləri də bu gerçəkliyi anlayırlar, bilirlər ki, artıq Ermənistanın baş naziri kapitulyasiya aktına imza atıbdır. Bu mənada qalib dövlətin, qalib Rəhbəri, onun şərtləri ilə razılaşmaq məcburiyyətindədir. Təbii ki, onların və onları dəstəkləyən qüvvələr üçün də Azərbaycandan gələn mesajlar çox önəmlidir. Hər dəfə Prezident İlham Əliyevin Ermənistana və onların havadarlarına yönəlik sərt və reallığa əsaslanan mesajları səslənən kimi, vaxt keçmədən əks tərəfdən reaksiya gəlir. Prezidentin Suqovuşandakı çıxışına ilk reaksiyalardan biri, daha doğrusu, ilk üzrxahlığı sabiq prezident Robert Köçəryandan gəldi. Həqiqətən də bütün bunlar güclü və haqlı olmağımızın nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat deyib: “Ermənistanın keçmiş prezidenti cəllad Serj Sarkisyanın törətdiyi cinayətlər, xüsusən də Xocalıdakı qətliam beynəlxalq təşkilatlar üçün qara ləkə və utancverici bir haldır. Bu cinayətkar illər boyu Avropada, ABŞ-da AŞPA, ATƏT, Avropa Parlamenti, BMT-nin ofislərində sərbəst gəzəndə, ona heç vaxt törətdiyi və mətbuatda etiraf etdiyi bu cinayətlə bağlı bir dəfə də olsun sual vermədilər. Əksinə ayağının altına qırmızı xalçalar açaraq, axtarışda olan bu cinayətkardan müxtəlif mükafat və rüşvət almaqla məşğul idilər. İnsan haqları, demokratiya dəyərlərini ancaq Azərbaycan və Türkiyədə axtaran bu beynəlxalq qurum və siyasətçilər, yüzlərlə günahsız qətlə yetirilmiş canların hesabının Allah tərəfindən, haqqı və ədaləti tələb edən Azərbaycan dövləti tərəfindən bir gün tələb olunacağını bilmirdilərmi? Amma belə qatillər və onları dəstəkləyənlər üçün haqq və ədalət məfhumu ancaq kağız üzərində olub. Həmin hesab günü keçən il Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Milli Ordumuzun şücaəti ilə qazandığımız Zəfər Günü idi. Keçən il müharibə bitəndən sonra Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, bizim müharibəmiz bitdi, lakin mübarizəmiz davam edir. Bəli bizim mübarizəmiz azərbaycanlıların və türklərin qanına susamış Serj Sarkisyan və onun kimi cinayətkarlara qarşı davam edir. Müharibənin də öz qanunları var. Ermənistanın təcavüzkarlıq siyasəti Azərbaycana qarşı elan edilməmiş və işğalçılıq müharibəsi idi. Qeyd etdiyim kimi, yüzlərcə günahsız mülki insanların öldürülməsinə, Xocalı qətliamına və Gəncə, Bərdə, Tərtər, Naftalan, Mingəçevir, Goranboy, Qəbələ kimi cəbhədən çox uzaqda törədilən terrora və müharibə cinayətlərinə görə səbəbkarlar hüquq qarşısında cavab verəcəklər. Bütün bunlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi açılıbdır. Hesab edirəm ki, işlər yekunlaşdıqdan sonra müvafiq beynəlxalq qurumlara təqdim ediləcək Biz mübarizəmizi sona qədər aparacağıq.

M.İbrahimqızı qeyd edib: “Ötən dövrdə Prezident İlham Əliyev bütün çıxışlarında Ermənistan hakimiyyətində, erməni ictimaiyyətində baş verən prosesləri o qədər dəqiqliklə təhlil edir ki, bəlkə də Ermənistan rəhbərliyi öz ölkəsində ictimai-siyasi proseslərin vəziyyətini bu dərəcədə dərk etmirlər. Bilirsiniz, Ermənistan rəhbərliyi hər zaman öz xalqına yalan danışır, onları aldadıblar. Prezidentimiz erməni ordusunda olan hərc-mərclikdən, korrupsiya və total rüşvətxorluq, satqınçılıq və nəhayət on minlərlə əsgər və hərbiçinin fərarilik haqqında məlumatları bir daha bölgə ictimaiyyətinə çatdırdı. Təsəvvür edin, müharibənin təkcə ilk günündə Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində döyüşlər zamanı Hadrut ətrafında on beş mindən çox erməni əsgər və zabit öz mövqelərini qoyub qaçıb. Yəni, onlar anladılar ki, bu torpaq onların vətəni deyil. Vətən məfhumu dərin mənaya malikdir, o, insanların genetik yaddaşlarında formalaşmış bir istəkdir, sevgidir, duyğudur. Vətən pulla alınmır. İnsan yaşadığı torpağa və ya əraziyə vətən demir. İnsan anlayanda ki, onun ayağı altındakı torpaq uğrunda qanlar axıdılıb və ya dədələrin ruhu gəzir, onda dərk edir ki, bura Vətən torpağıdır. Abbas Səhhət “…Vətən əcdadlarımızın məskənidir…” misrasını sözgəlişi deməyib. Biz azərbaycanlıları da vətənə bağlayan bu ruhdur, bu sevgidir. Bu mənada erməni ordusunu kütləvi olaraq tərk edən on minlərlə əsgər bilir ki, nəinki Qarabağ hətta indiki Ermənistan ərazisi belə onların vətəni deyil. Müxtəlif xarici və erməni mətbuatının verdiyi məlumata görə bu müharibə dövründə erməni tərəfindən guya altmış minə yaxın hərbi qulluqçu və əsgər olmuşdur. Sözsüz ki, bunun əksəriyyəti xaricdən döyüşmək üçün gətirilən muzdu əsgərlər və terrorçular idi. Deməli, erməni ordusunun hər üçüncü və ya dördüncü hərbçisi fərari olmuşdur. Bu rəqəm özlüyündə Ermənistanda baş verən xaos, eləcə də bir çox problemlərin cavabıdır. Bu, həmçinin onu göstərir ki, Ermənistanda ordu deyilən qrup yoxdur, quldur və ayrı-ayrı cinayətkar dəstələr var. Erməni ordusunun təchizatına ayrılan bütün pulları uzun illər hakimiyyətdə olan Serj Sarkisyan və onun cinayətkar komandası mənimsəyibdir. Əvəzində isə Rusiyadan ucuz qiymətə istifadə müddəti bitmiş və köhnə model silahlar alınıb. Bunu keçən il müharibə vaxtı ölkənin baş naziri Nikol Paşinyan da etiraf etdi. Mövqelərdə öz əsgərinin ayağını zəncirlə bağlayan bir ordunu ordu adlandırmaq olarmı? Ona görə Ermənistanda gənclər kütləvi olaraq ölkəni tərk edir”.

Onun sözlərinə görə, 2018-ci il Serj Sarkisyanın son seçki nəticələrinin beynəlxalq təşkilatlar, xüsusən ATƏT-in Demokratik Təsisatlar Bürosu tərəfindən tanınması, onun demokratik seçki adlandırılması bu təşkilatların iflası və ya bu seçki cinayətinə şərik olmaq demək idi. Prezident İlham Əliyev istər Azərbaycanda, istərsə də xaricdə, ən yüksək kürsülərdə çıxışlarında hər zaman bu məsələlərə, ATƏT-in Minsk Qrupunun, faktaraşdırıcı və monitorinq qruplarının yarıtmaz fəaliyyətinə, qeyri-obyektiv, qərəzli mövqelərinə qarşı kəskin münasibətini bildiribdir. Görünən həqiqət də budur ki, Qarabağ münaqişəsinin də uzun müddət həll olunmamasında, müharibə vəziyyətinə gətirib çıxarılmasında onların da məsuliyyəti var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Hemofiliya xəstəliyi zamanı Aptz dəyərinin yüksək olması müşahidə edilir

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar VİDEO

Çin “İpək yolu mükafatları” media müsabiqəsinin 2-ci mərhələsini elan edib

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır