İQTİSADİYYAT


Deputat: Füzuli rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlamağı düşünürük

Bakı, 28 oktyabr, AZƏRTAC

Füzuli rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlamağı düşünürük.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon, eyni zamanda, sənaye məhsullarının istehsalına görə də fərqlənirdi. Ərazisi 1386 kvadratkilometr, əhalisi isə 150 min nəfərə yaxın olan Füzuli artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyacaq. İranla sərhəddə yerləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq. Ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turizm üçün yeni imkanlar deməkdir.

“Füzuli rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlamağı düşünürük. Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək. Füzuli rayonu yeni və tarixi mərhələyə qədəm qoyur. Bu imkanı bizə qismət edən Müzəffər Ali Baş Komandamıza və Azərbaycan Ordusuna Füzuli sakinləri hər zaman minnətdar olacaqlar”, - deyə V.Bayramov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.