İQTİSADİYYAT


Deputat: Gürcüstan turizm sektorunda Azərbaycanın ən vacib tərəfdaşlarındandır

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-dən Gürcüstan Azərbaycan ilə quru sərhədlərini açır. Pandemiyadan əvvəlki illərdə Gürcüstan iqtisadi, xüsusən də turizm sferasında ölkəmizin əsas tərəfdaşlarından idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Gürcüstan bu ölkəyə gələcək şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 659 milyon dollar olub. Son 4 ildə ölkələr arasındakı ticarət dövriyyəsində yalnız müsbət dinamika müşahidə olunub. 2016-ci ildə ticari dövriyyə 468 milyon dollar olduğu halda, növbəti iki ildə uyğun olaraq 561 və 592 milyon dollaradək yüksəlib. Pandemiyayadək Gürcüstan turizm sektorunda da Azərbaycanın ən vacib tərəfdaşlarından olub. 2019-cu ildə Gürcüstandan Azərbaycana 725 min nəfər gəlib. Bu, ölkəmizə Rusiyadan gələnlərdən sonra say baxımdan ikinci ən böyük göstərici idi. Həmin il xaricə gedən 5 milyon 567 min azərbaycanlı turistin 28,9 faizi Gürcüstana səfər edib. Bu, o deməkdir ki, 1 milyon 926 min vətəndaşımız il ərzində Gürcüstana səfər edirdi.

Bununla belə, pandemiya səbəbindən bu ilin 4 ayında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə azalıb. Həmin dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 5,8 dəfə azalıb. Göründüyü kimi, pandemiya turist səfərlərinin kəskin azalmasına səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.