CƏMİYYƏT


Deputat: İnsanlar yayılma dinamikası daha sürətlə gedən “omikron”dan qorunmaq üçün vaksinasiya olunmalıdır

Bakı, 28 yanvar, AZƏRTAC

Davam etməkdə olan koronavirus pandemiyasının növbəti dalğası nəticəsində yaranan “omikron” ştamı dünya ölkələrində sürətlə yayılmaqdadır. Bütün bu halların qarşısını almaq üçün qabaqlayıcı təbdir kimi “buster” dozanın vurulması səhiyyə ekspertləri tərəfindən məsləhət görülür. Düzdür, vaksinasiya virusun yayılmasının qarşısını tam ala bilmir, amma yoluxmanı ən minimal həddə endirə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə söyləyib.

Deputat deyib ki, COVID-19 xəstəliyini daha yüngül formada keçirmək və ya heç yoluxmamaq üçün vaksinasiya mütləqdir. Bu səbəbdəndir ki, insanlar vaksin vurdurmağı gecikdirməməlidirlər. Vaksinasiyadan sonra virusun fəsadları insan orqanizmində özünü zəif formada büruzə verir. Belə ki, koronavirusa yoluxan şəxsi xəstəxanaya yerləşdirmək və ya süni tənəffüs aparatına qoşmağa ehtiyac olmur. Ona görə COVID-19 pandemiyasına yoluxmanın qarşısını almağın hələlik ən səmərəli yolu peyvənd olunmaqdır. İnsanlar da virusun ağır formalarından olan və yayılma dinamikası daha sürətlə gedən “omikron”dan qorunmaq üçün vaksinasiya olunmalıdır. Bundan əlavə, gündəlik yaşam formamızda sosial məsafə saxlamaq, mütəmadi olaraq əlləri yumaq və dezinfeksiya etmək, yəni, bu barədə indiyə qədər verilən məsləhətləri yerinə yetirmək sağlamlığımız üçün çox önəmlidir. Mutasiya nəticəsində yaranan son variant olan “omikron” ştamı dünyada yüksək sürətlə yayılmağa davam edir. Həmçinin ölkəmizdə son bir neçə gündə baş verən yüksək yoluxmanın bundan sonra da artacağı istisna olunmur. Yeni ştamın sürətlə yayılmasına baxmayaraq, fəsadlarının o qədər də ağır olmaması gözlənilir. Buna görə də dünya ölkələrində ciddi qapanmalara ehtiyac olmadığı barədə məlumatlar alırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.