SİYASƏT


Deputat: Koronavirusun dünyanı bürüdüyü indiki şəraitdə həmrəyliyə və əməkdaşlığa daha çox ehtiyac var

Bakı, 11 aprel, AZƏRTAC

Koronavirus pandemiyasının dünyanı bürüdüyü indiki şəraitdə həmrəyliyə və əməkdaşlığa daha çox ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü zamanı çatdırdığı bu vacib mesaj bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq arenada qarşılıqlı əməkdaşlığa önəm verir və “Biz birlikdə güclüyük!” şüarı nəinki ölkəmizdə, dünyada da aktualdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat qeyd edib ki, Türk Şurası dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmiş ilk beynəlxalq təşkilatdır. Əsas məqsəd milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir.

J.Əhmədova bildirib ki, 2019-cu ilin oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş VII Zirvə görüşü zamanı Azərbaycan Şuraya sədrliyi öz üzərinə götürüb. Şuraya sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atır. Təqdirəlayiqdir ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çox, yəni, 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Görülən tədbirlər vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədini daşıyır.

Deputat vurğulayıb ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Cari ilin 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olub. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq görülmüş işlərə müsbət qiymət veriblər. “Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dövlətimizin başçısına ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkələrdəndir. Dövlətimizin dəstəyi ilə ölkəmiz və xalqımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək” , - deyə Milli Məclisin deputatı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.