Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Mövcudluğunu qorumaq üçün çırpınan hay dövlətindən fərqli olaraq, zaman Azərbaycanın xeyrinə işləyir

Deputat: Mövcudluğunu qorumaq üçün çırpınan hay dövlətindən fərqli olaraq, zaman Azərbaycanın xeyrinə işləyir

Bakı, 4 may, AZƏRTAC

Ermənistanda erkən seçki marafonunda zaman daraldıqca daxili siyasi durum gərginləşməkdədir. Əslində, seçki dövründə siyasi həssaslıq və müəyyən çalxanmalar hər bir cəmiyyət üçün qəbulediləndir. Ermənistanın vəziyyətini təhlil etdikdə bu gərginliyin daha təhlükəli notlardan xəbər verdiyi gün kimi aydın olur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev son 15 ildə Ermənistana dəfələrlə xəbərdarlıq edərək işğala könüllü son qoymağa, bölgədə sülh və sabitlik şəraitində əməkdaşlığa çağırmış, əks halda, bu ölkəni dalana döndərəcəyini bəyan etmişdi. İstər cinayətkar Köçəryan-Sarkisyan cütlüyü, istərsə də Paşinyan hakimiyyəti bu çağırışı doğru qiymətləndirməmiş, təcavüzkar niyyətlərini gücləndirmiş, hətta bu ideyalarla erməni cəmiyyətini də zəhərləyə bilmişdilər. Nəticə etibarilə 44 günlük müharibə yalnız bölgədə işğal faktına son qoymadı, həm də haylara Ermənistanın dalan dövlətinə çevrildiyini və əslində, ölkənin uçurumda olduğunu praktiki olaraq göstərdi.

B.Məhərrəmovun sözlərinə görə, bu gün ermənilərin faciəsi ondadır ki, həm cəmiyyət, həm iqtidar, həm də müxalifət olaraq çirkabın içindədirlər. Vəziyyət o həddə çatıb ki, dəhşətli məğlubiyyətin hərbi-siyasi nəticələrinin gücləndiyi bir şəraitdə yenə də xalq olaraq zərərli ideologiyadan əl çəkmir, müəyyən kütlələr heç bir siyasi, iqtisadi və hərbi əsası olmayan revanş çağırışlarına müsbət yanaşmaqdadır. Halbuki Azərbaycan tərəfindən hərbi potensialı tam məhv edilmiş Ermənistana təcavüzkar müharibə yox, hətta minimum müdafiə qabiliyyətinə malik ordunu formalaşdırması üçün onilliklər lazımdır.

Deputat bildirib ki, bu işdə hayların köməyinə himayədarları gəlsə belə, cəbhədən qaçan fərarilərdən və orduya yararsız fərdlərdən ibarət erməni gəncliyinin hazırkı məğlub ruhu ilə yaxın zamanlarda ordu quruculuğu prosesinin başlanması mümkünsüzdür. Toplumun vəziyyətindən fərqli bir taleyə malik olmayan mövcud hakimiyyət isə “Qarabağ Ermənistandır və nöqtə”, yaxud “Yeni ərazilər üçün yeni” şüarlarının ardından hərbi-siyasi cəhətdən rüsvayçı məğlubiyyətə uğramaqla fiaskonun nəticələrini yaşamaqdadır.

“Gallup International Аssociation” təşkilatının keçirdiyi sorğuya əsasən, 3 il əvvəl 73 faizlə hakimiyyətə gələn Soros komandası bu gün bütün gücünü səfərbər edərək cəmi 31 faizlik nəticə göstərə bilir. Ölkədə hakimiyyəti məğlubiyyətdə ittiham edən və əsas güc olan Sarkisyan-Köçəryan cütlüyünün komandası isə özü bu gün erməni cəmiyyətində siyasi gücdən daha çox cinayətkar birlik kimi tanınır. Eyni zamanda, Ermənistanın məğlubiyyətinin başlanğıcı olan Aprel döyüşlərindəki rüsvayçılıq da bu cütlüyün adı ilə bağlıdır. Özləri məğlub olmalarına baxmayaraq, Paşinyanın komandası indiki məqamda belə bu cinayətkar cütlüyü Aprel döyüşlərinə görə ittiham etməkdədir. Hətta bu günlərdə deputatlara Aprel döyüşləri ilə bağlı məxfi sənədlərə çıxış imkanı verildi. Paşinyan bununla da, əslində, Köçəryan-Sarkisyan cütlüyünün əməllərinin seçki ərəfəsində daha geniş auditoriyaya çatmasında maraqlıdır.

“Nisbətən orta mövqe tutmuş Ermənistan Prezidentinin özünün də durumu ürək açan deyil”, - deyən B.Məhərrəmov diqqətə çatdırıb ki, artıq Ermənistanın baş prokurorluğu Armen Sarkisyana qarşı cinayət işi açıb. Cəmiyyətdə digər güc mərkəzi olan ordunun qalıqları faktiki olaraq nəzarətdən çıxıb, məhkəmə sistemində isə Paşinyan tərəfdarları və əleyhdarları arasında ciddi qarşıdurma yaşanmaqdadır.

“Bütün bunların fonunda Ermənistandan revanş sədalarının gəlməsi, sözün əsl mənasında, heyrət doğurur. Gündəlik yaşayışını belə təmin edə bilməyən sadə insanlar, fərari ordu, qərəzli məhkəmə, cinayətkar müxalifət və məğlub iqtidardan ibarət parçalanmış hay cəmiyyətin bu təcavüzkar ritorikası yalnız bir nəticəyə gəlməyə əsas verir – revanş sədaları və təxribatlar erməni toplumunun son nəfəsdə affekt, yaxud anlaşılmaz vəziyyətdə sərsəmləməsindən başqa bir şey deyil”, - söyləyən deputat vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən milli həmrəyliyin təmin olunduğu, güclü orduya və ən müasir müdafiə sənayesinə malik Azərbaycan isə əksinə, regionda diktəedici mövqeyini möhkəmləndirməkdədir. Rəsmi Bakının hədəfləri böyükdür - işğaldan azad olunmuş ərazilərimizdə ən müasir tələblərə uyğun formada quruculuq bərpa işləri həyata keçirmək, Zəngəzur dəhlizinin açılması ilə yeni əməkdaşlıq platforması qurub ölkənin tranzit və hab rolunu gücləndirmək.

“Ermənistandan fərqli olaraq, rəsmi Bakı Yerevan özü də daxil olmaqla, bütün qonşuları ilə əməkdaşlıqda və mehriban qonşuluq siyasətində maraqlıdır. Mövcudluğunu qorumaq üçün çırpınan hay dövlətindən fərqli olaraq, zaman Azərbaycanın xeyrinə işləyir. İndi, hələlik seçim Ermənistanındır, az da olsa vaxtı var. Daxili siyasi və sosial problemlər içində boğulan Ermənistan ona verilən bu müvəqqəti imkandan yararlanaraq 10 noyabr Bəyanatının şərtlərini tam yerinə yetirməyə tələsməlidir, əks halda, rəsmi Bakı ermənilər də daxil olmaqla, region xalqlarının rifahı, bölgədə sülh, sabitlik və tərəqqi naminə Yerevanı lazımi addımlar atmağa vadar etmək məcburiyyətində qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir