İQTİSADİYYAT


Deputat: Növbəti dövrlərdə Ermənistan iqtisadiyyatında daha böyük tənəzzül müşahidə edəcəyik

Bakı, 26 oktyabr, AZƏRTAC

Müharibənin ilk günlərindən Ermənistan iqtisadiyyatında tənəzzül başladı. Belə ki, Ermənistanda milli valyutanın dəyərsizləşməsi müşahidə olundu və dram aparıcı valyutalara nisbətən dəyərini itirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, müharibənin davam etdiyi müddətdə Ermənistanda istehlak bazarında qiymətlərin artması və buna uyğun olaraq inflyasiya səviyyəsinin yüksəlməsi qeydə alınıb. Bu həftə ərzində Ermənistan parlamenti dövlət büdcəsinə baxaraq ölkənin xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul edib. Ermənistan daha çox emissiya və ya xarici borclanmaya gedərək praktiki olaraq bu gün ölkədə müşahidə edilən sosial və iqtisadi problemləri müəyyən qədər səngitməyə çalışır. Amma təbii ki, bazar və ölkə iqtisadiyyatı buna reaksiya verir. İstehlak bazarındakı qiymət artımları da ondan xəbər verir ki, bu ölkənin iqtisadiyyatında ciddi problemlər var.

“Ermənistandakı bir sıra supermarket və şirkətlər orduya yardım edilməsi ilə bağlı açıqlamalar verir. Lakin reallıqda onlar öz məhsullarının qiymətini artıraraq etdikləri yardımı Ermənistan vətəndaşları hesabına kompensasiya edir. Bu da Ermənistanda istehlak bazarında qiymət artımı və inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Növbəti dövrlərdə də Ermənistanda qiymət artımlarının davam edəcəyi gözlənilir. Ermənistan üçün bu müharibə dövrü iqtisadi baxımdan kifayət qədər ağır dövr kimi qiymətləndirilir. Aparıcı beynəlxalq qiymətləndirmə şirkətləri, o cümlədən “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın kredit reytinqini azaldıb. Bu ondan xəbər verir ki, növbəti dövrlərdə Ermənistanın iqtisadiyyatında daha böyük tənəzzül müşahidə edəcəyik. Bu da Ermənistanda istehlak bazarında qiymət artımı, inflyasiya səviyyəsinin yüksəlməsi və yoxsulluq həddinin daha da dərinləşməsinə səbəb olacaq”, - deyə V.Bayramov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.