Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanaraq həmvətənlərimizin doğma yurdlarına dönmək hüququnu rəsmən bəyan edir

Deputat: Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanaraq həmvətənlərimizin doğma yurdlarına dönmək hüququnu rəsmən bəyan edir

Bakı, 15 iyul, AZƏRTAC

Qırx dörd günlük müharibənin yekunu olaraq Ermənistanın işğal faktına son qoyulması, daha doğrusu, rəsmi İrəvanın Azərbaycan tərəfindən hərbi-siyasi yollarla buna məcbur edilməsi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Nəticə etibarilə istəyinə nail olduğu, müharibənin davam etdirilməsi üçün predmetin isə olmadığı bir şəraitdə konstitusion formada beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edən Azərbaycan 2020-ci il noyabrın 10-dan münaqişənin davam etdirilməsinə lüzum görmədi. Həmçinin rəsmi İrəvan da kapitulyasiya aktının məzmununda və Ağdam, Kəlbəcər və Laçını azad etmək, potensialı məhv edilmiş ordusunun qalıqlarını geri çəkməyə məcbur olmaqla münaqişənin başa çatması barədə mövqeyini ifadə etdi. Beləliklə, Cənubi Qafqazda yeni güc balansı, geri dönülməsi mümkün olmayan yeni geosiyasi zəmin formalaşdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, dünyanın əksər nüfuzlu güc sahibləri Qələbə münasibətilə Azərbaycanı təbrik etdi, o cümlədən demək olar bütün beynəlxalq təsisatlar BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi faktını, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini alqışladı. Nəticədə, artıq rəsmi Bakı şəxsən Prezident İlham Əliyevin simasında bölgədə əməkdaşlıq perspektivindən danışır və hətta bu istiqamətdə real addımlar atılır. Təbii ki, əməkdaşlıq kommunikasiyalardan başlanır və dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Zəngəzur dəhlizinədək uzanan dəmir yolu xəttinin işğal dövründə dağıdılmış hissəsinin bərpasına artıq başlanılıb. “Ermənistan özü də ötən il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında kommunikasiya xətlərinin açılması ilə bağlı razılığını ifadə edib. Bu gün fərqli mövqe tutan Ermənistanın baş naziri hətta dəfələrlə dəhlizin əhəmiyyətindən danışıb. Düzdür, proses Azərbaycanın diktəsi ilə baş tutur, lakin, bu da bir həqiqətdir ki, erməni xalqı məhz Zəngəzur dəhlizinin sayəsində illərdir məhkum olduğu dalandan qurtulmaqla yeni reallıqdan ən azı bizim qədər faydalana bilər. Belə bir şəraitdə Azərbaycanın sülh müqaviləsi çağırışına Ermənistandan rəsmi reaksiyanın olmaması, yaxud, qeyri-rəsmi formada Ermənistanın buna hazır olmadığının bildirilməsi erməni xalqının yeni faciəsidir və bu yalnış idarəçilik bir ildə ikinci dəfə toplumu uçuruma aparır. Aydındır ki, Azərbaycan qalib tərəf kimi prosesin bu məcrada gedişindən nə isə itirmir. Reallıq bundan ibarətdir ki, Azərbaycan əsgəri beynəlxalq hüquqla, habelə sovet dövrünün rəsmi xəritələri ilə müəyyən olunmuş dövlət sərhədlərimiz boyu möhkəmlənib və bu vəziyyəti Azərbaycanın mənafeləri ziddinə kimsə dəyişə bilməz”, - deyə deputat qeyd edib.

B.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın sülh müqaviləsini imzalamaq niyyətinə praqmatik yanaşmamaqla, əslində, itirən yalnız Ermənistan özüdür. Digər tərəfdən, mümkün sülh müqaviləsinin ümdə şərti sərhədlərin rəsmən tanınmasıdır ki, real yanaşsaq Azərbaycanın dünyanın yekdilliklə tanıdığı beynəlxalq sərhədlərini tanımamaqla Ermənistan heç nəyə nail ola bilməz. Üstəlik, nəzərə alaq ki, Azərbaycan zatən sərhədlərinin bütövlüyünü təmin edərək sərhədlərimiz boyu ən yüksək səviyyədə möhkəmlənib. Yəni, Ermənistan bundan sonra nəyisə dəyişəcək güc deyil və İrəvan sülh müqaviləsi imzalamaqla sadəcə, bütün dünyanın qəbul etdiyi hüquqa əsaslanan bir geosiyasi reallıqla barışacaq.

Digər mühüm bir məqam, miskin Ermənistanla əməkdaşlığa Azərbaycan əhalisinin yox zəngin Azərbaycanla əməkdaşlığa ermənilərin ehtiyacı var. Təəssüf ki, Zəngəzur dəhlizi ilə bağlı həlledici mövqeyə malik olması barədə eyforiyaları rəsmi İrəvan öz üstünlüyü kimi qələmə verməyə çalışaraq hay toplumunu növbəti fəlakətə sürükləməkdədir. Lakin nəzərə almaq lazımdır ki, Ermənistandakı bütün, o cümlədən Zəngəzur dəhlizdən keçəcək dəmir yollar rəsmən Rusiyanın mülkiyyətidir, sərhədi isə rus əsgəri qoruyur, belə olan halda, Ağbənd-Ordubad dəmir yolu xəttinin Zəngəzur dəhlizindən keçməsinə Ermənistan hansı hüquq və hansı güclə mane ola bilər? Bir sözlə, Azərbaycan onsuz da dilədiyi formada və istiqamətdə planlarını reallaşdırmaq gücündədir.

Deputat vurğulayıb ki, Azərbaycanın digər üstünlüyü Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tarixi həqiqətlərə maksimum istinad edərək hücum diplomatiyası aparmasıdır. Bu çərçivədə, dövlətimizin başçısının çox haqlı olaraq əsaslandığı tarixi gerçəklik Zəngəzur, Göyçə və İrəvanın azərbaycanlıların əzəli-əbədi torpağı olması və zorla Azərbaycandan qoparılması ilə bağlı həqiqətlərdır. Məlumdur ki, tarixin müxtəlif mərhələlərində məcburi köçürmələri çıxsaq, yalnız ötən əsrin 80-ci illərin sonlarında 300 mindən çox soydaşımızın Qərbi Azərbaycandan didərgin salınıb. “Bu gün Prezident İlham Əliyev məhz beynəlxalq hüquqa əsaslanaraq həmvətənlərimizin öz ata-baba yurdlarına dönmək hüququnu rəsmən bəyan edir. Əlbəttə, 30 ildən artıq bir müddətdə sayı qat-qat artmış soydaşlarımızın ata-baba yurduna dönmək arzusunun beynəlxalq məhkəmələrin qərarları əsasında, hüquqi məcburetmə ilə realizəsi tam formada mümkündür. Bu halda İrəvan ikili öhdəliklərə, həm soydaşlarımızı geri qəbul edərək onların İrəvan, Göyçə və Zəngəzurdakı ata-baba yurdlarımızda layiqli həyat şəraitini bərpa etmək, həm də bu illər ərzində məruz qaldıqları iztirablara görə təzminat ödəmək məcburiyyətində qalacaq”, - deyə o qeyd edib.

Deputat bildirib ki, zaman İrəvanın əleyhinə işləyir, hər ötən gün erməni toplumunu daha zəif duruma salır. Bu mənada, əslində, Azərbaycanla istənilən şərtlə sülh müqaviləsinin bağlanmasına daha çox ermənilər özləri maraq göstərməli, dalandan çıxmaq üçün rəsmi Bakının lütfünə sığınmağa çalışmalıdırlar. Əks halda, tarixi proseslərin gedişi heç bir kənar müdaxilə olmadan ermənilərin yarımçıq dövlətçilik ənənələrinə son qoyacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı