Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Prezident İlham Əliyevin qubadlılılarla öz yurdlarında görüşü yaddaşlarda əbədi qalacaq

Deputat: Prezident İlham Əliyevin qubadlılılarla öz yurdlarında görüşü yaddaşlarda əbədi qalacaq

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsinin gedişində qəhrəman Ordumuzun işğal altındakı şəhər və rayonlarımızı düşməndən bir-bir təmizlədikcə, xalqımıza müraciətlər edir, özünün rəsmi tviter səhifəsində Qələbə paylaşımları ilə insanları sevindirirdi. İkinci Qarabağ savaşının birinci ildönümü günlərində isə dövlətimizin başçısı yağı tapdağından qurtulan şəhər və rayonlarımıza gedir, oraya dəvət etdiyi keçmiş məcburi sakinlərlə görüşür, onlarla sevinc və fərəhini bölüşür.

Qubadlı rayon sakinləri ilə oktyabrın 25-də görüşü də artıq ənənə halını alan həmin tədbirlərin bir nümunəsi idi. Ölkə rəhbərinin bu görüşün əvvəlində “Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək”, - deyərək bütün qubadlılılara, bütün Azərbaycan xalqına təbrikini çatdırması da möhtərəm Prezidentimizin illərlə gözlədiyi sevincin keçmiş məcburi köçkünlərlə bölüşməsi mərasimi kimi yaddaşlara əbədi yazıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Prezident İlham Əliyev 18 il idi ki, bu günü gözləyirdi, bu günə addım-addım yaxınlaşırdı. Bu bəxtəvərliyi, bu xoşbəxtliyi xalqına yaşatmaq üçün nələr etmirdi, hansı fədakarlığı göstərmirdi, hansı maneələri, əngəlləri dəf etmirdi?! Bir tərəfdən ölkəmizin iqtisadi inkişafını şərtləndirən önəmli layihələr reallaşdırır, xalqımızın, o cümlədən erməni cəlladları tərəfindən doğma yurd-yuvalarından didərgin salınan məcburi köçkünlərin sosial şəraitlərini yaxşılaşdırmaq məqsədilə tədbirlər həyata keçirir, Silahlı Qüvvələrimizi mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq sarıdan gücləndirir, digər yandan isə Azərbaycanın haqq səsini, ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətini, faşist mahiyyətini beynəlxalq aləmə çatdırırdı”.

Deputat əlavə edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfər əldə etməsini şərtləndirən bütün bu amillər Prezident İlham Əliyevin fədakar fəaliyyətinin, müdrik siyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısı da bu qələbənin qazanılacağına əminliyini daim ifadə edir, məcburi köçkünlərlə görüşlərində onların diqqətinə çatdırırdı. Sadəcə, ölkə rəhbərinin özü də vurğuladığı kimi, bu haqq mübarizəmizi silah gücünə deyil, sülh, əmin-amanlıq yolu ilə gerçəkləşdirməyə can atırdı, bu istiqamətdə istər düşmən tərəflə, istərsə də dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlarla danışıqlar aparırdı. Təəssüf ki, torpaqlarımız işğal altında olduğu illər ərzində Ermənistan bu humanist səylərin mahiyyətini anlamadı. Şübhəsiz ki, dünya da bu haqsız, ədalətsiz davranışa susqunluqla yanaşdı, işğalçının mövqeyinin dəyişməsinə əsaslı təsir göstərmədi. Nəticədə isə Azərbaycanın səbir kasası daşdı, Ermənistanın sonsuz təxribatlarından, ölkəmizin yeni ərazilərini zəbt edəcəyi hədələrindən, necə deyərlər, cana yığıldı və beləliklə, ötən il sentyabr ayının 27-də düşmənin hücumuna əks-həmlə əməliyyatları ilə cavab verdi.

İkinci Qarabağ müharibəsi ilə Azərbaycan illərlə davam edən tarixi haqsızlığı aradan qaldırdı. Azərbaycan Ordusu başladığı 44 günlük Zəfər yürüşünü möhtəşəm bir sonluqla yekunlaşdırdı. Bu müharibədə ölkəmizi, onun rəhbəri cənab İlham Əliyevi ədalət uğrunda savaşdan çəkindirməyə cəhd göstərən dövlətlər də ortaya çıxdı. Lakin heç bir qüvvə xalqımızın, dövlət başçımızın qarşısını ala, sədd çəkə bilmədi.

Rəşad Mahmudov, həmçinin bildirib ki, Prezident İlham Əliyev müharibə davam etdiyi günlərdə, eləcə də parlaq Qələbəmizdən ötən müddətdə bütün görüşlərində, çıxışlarında Qarabağ həqiqətləri, Vətən müharibəsinin gedişi barədə dəfələrlə danışıb, diqqətçəkən bütün məsələlərə aydınlıq gətirib, xalqımızdan, beynəlxalq aləmdən heç nəyi gizlətməyib. Bu, təsadüfi olmayıb. Çünki Azərbaycan Prezidenti fəaliyyətində hər zaman müstəqil, açıq-aşkar siyasətə üstünlük verib, haqq-ədaləti müdafiə edib və bu yolda qəti mövqe sərgiləyib.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də dövlətimizin başçısının çıxışı bu baxımdan diqqət çəkdi. Ölkə rəhbəri İkinci Qarabağ müharibəsində hər bir yaşayış məntəqəsinin azad edilməsinin tarixi hadisə olduğunu qeyd edərək vurğuladı ki, döyüş zamanı Azərbaycan Ordusu ancaq irəli getdi. Savaşın ilk günündə 4 kəndin azad olunması xalqımıza çox böyük sevinc, fərəh yaşatdı. Bu, uzun illərdən sonra hamımızın səbirsizliklə gözlədiyi qələbə xoşbəxtliyi idi. Bununla belə o zaman heç kim müharibənin nə qədər davam edəcəyini deyə bilməzdi: “Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik… Noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı…”.

“Dövlətimizin başçısının Qubadlı rayon sakinləri ilə görüşündə vurğuladığı kimi, oktyabr ayının 25-də Qubadlının azad olunması Azərbaycanın Zəfər yürüşünü daha da sürətləndirdi. Laçın istiqamətində Silahlı Qüvvələrimizin yolu açıldı və bir neçə gündən sonra ordumuz Laçının cənub hissəsində yerləşən kəndləri işğalçılardan təmizlədi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü və bununla da demək olar ki, müharibənin taleyi həll edildi. Artıq həm bütün dünya, həm də düşmən gördü ki, Azərbaycanın önündə heç bir qüvvə dayana bilməz. Bu qətiyyət, bu güc, bu xalq-ordu-Prezident vəhdəti sayəsində də Azərbaycan Zəfər yürüşünü, Zəfər missiyasını şərəflə davam etdirərək, Dövlət Bayrağını noyabrın 8-də Şuşada ucaltdı”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb