SİYASƏT


Deputat: Sarkisyan müsahibəsində Ermənistanın siyasi rəhbərlərinin terrorçu düşüncə sahibi olduqlarını bütün dünyaya nümayiş etdirdi

Bakı, 18 fevral, AZƏRTAC

Ermənistanın keçmiş prezidenti son açıqlamasında həm özünün, həm də vaxtilə rəhbərlik etdiyi dövlətin terrorçu olduğunu etiraf edib. Hələ indiyədək heç bir siyasətçi öz xələfini qonşu ölkəyə qarşı münasibətdə cəsarətli terrorçu ola bilməməkdə qınamayıb və bunu Serj Sarkisyan etdi. O, faktiki olaraq Paşinyanı yaxşı terrorçu olmamaqda qınayır. Qınayır ki, niyə Ermənistanın baş naziri əsgərlərin kütləvi toplandığı əraziləri hədəfə almaq üçün “İsgəndər” raketindən istifadə etməyib. Bu azmış kimi, Sarkisyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrinin, qaz və neft boru kəmərlərinin həmin raketlə vurulmamasını qəbahət hesab edir. Eyni zamanda, o, Gəncədə aeroportun vurulması əvəzinə mülki obyektə zərbə endirilməsini qeyri-dəqiqlik hesab edir. Beləliklə, S.Sarkisyan müsahibəsində Ermənistanın siyasi rəhbərlərinin terrorçu düşüncə sahibi olduqlarını bütün dünyaya nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Bu gün Ermənistanda revanş hissləri ilə yaşayanların Sarkisyan–Köçəryan–Paşinyan terrorçuluğunun davamçıları olduqlarını qeyd edən H.Babaoğlu deyib: “Ona görə də qoy bütün dünya bir daha görsün ki, Azərbaycan uzun illərdir, sadəcə, işğalçı ölkə ilə deyil, həm də dövlət adı altında beynəlxalq terror təşkilatına qarşı mübarizə aparıb. Əslində isə Azərbaycan işğalçılarla bərabər, həm də beynəlxalq terrorizmin mərkəzlərindən birini məhv edib. Həmin mərkəz ki, beynəlxalq enerji layihələrini də terror hədəfi kimi görüb.

Deputatın sözlərinə görə, Sarkisyan öz açıqlamasında, sadəcə, fiziki terroru deyil, həm də siyasi terroru yaxşı bacardıqlarını göstərir. Onun bu terroru isə daha çox öz xalqına yönəlmiş siyasi terrordur. “2016-cı il Aprel döyüşlərindən danışan Sarkisyan iddia edir ki, guya Azərbaycan məğlub ediləcəyini anlayaraq atəşkəsə razı olub. Amma elə növbəti cümləsində öz sözlərini təkzib edərək, atəşkəs üçün Rusiyaya müraciət etdiyini deyib. Sarkisyanın sonuncu müsahibəsində səsləndirdiyi fikirlər onun terrorçu kimi mühakimə edilməsi üçün əsas verir. Qoy, dünyada antiterror koalisiyasından danışanlar, ilk növbədə, Ermənistanın da adını terror təşkilatı kimi siyahıya daxil etsinlər”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.