REGİONLAR


Deputat: Sumqayıtda çalısan rusiyalı həkimlərin bir qismi AMOR-un humanitar aksiyalarında da iştirak ediblər

Sumqayıt, 30 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanda COVID-19 infeksiyasının yaratdığı epidemioloji vəziyyətin sabitləşməsi üçün xaricdən tibb briqadaları ölkəmizə dəvət olunur. İyulun 12-də Rusiyadan gəlmiş 21 həkimdən ibarət tibb briqadası Sumqayıtda fəaliyyət göstərən şəhər 1 nömrəli xəstəxanada yerli həmkarları ilə birgə koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardım göstərir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Emin Hacıyev xəstəxanada olub, Rusiyadan gələn həkimlərlə görüşüb.

“Bu gənc həkimlərin bir qisminin Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) uğurlu fəaliyyətində də payı var. Onlar təşkilatın sədri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bir çox humanitar aksiyalarda da iştirak ediblər. İnanıram ki, bu həkimlərin ölkəmizə dəvət olunması uğurlu nəticələr verəcək”, - deyə deputat, AMOR-un İdarə Heyətinin üzvü Emin Hacıyev müxbirimizlə söhbətində bildirib. O, həkim briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqların daxil olduğunu deyib.

Deputat bu yaxınlarda şəhərdə açılan modul tipli xəstəxanada da olub. Söhbət əsnasında qonaqlar şəhər xəstəxanasında müalicənin effektiv aparılması üçün yaradılan şəriətdən məmnunluqlarını bildiriblər. Onlar koronavirusa yoluxmuş xəstələrin müalicəsində öz bilik, təcrübə və əməyini əsirgəməyən yerli mütəxəssislərə dəstək olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.